“Eurovision-2015” yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə, Azərbaycan ikinci yarımfinalda çıxış edəcək.
Mayın 19-da keçiriləcək birinci yarımfinalda 16 (Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan və Macarıstan), mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə 17 (Norveç, İrlandiya, Çexiya, Litva, San Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç) ölkə təmsilçisi səhnəyə çıxacaq. Yarışmanın finalı mayın 23-də keçiriləcək. Builki yarışmaya ümumilikdə 39 ölkə qatılacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar