Fevralın 6-da Moskvada Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzində dünya şöhrətli bakılı musiqiçi Mstislav Rostropoviçin müəllimi və dostu Sergey Prokofyevə həsr edilmiş konsert olacaq.
Konsertdə Mstislav Rostropoviç Fondunun təqaüdçüləri və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin orkestri çıxış edəcək. Proqrama Sergey Prokofyevin 1 nömrəli simfoniyası, “Romeo və Cülyetta” baletindən süita, 3 nömrəli konsert, violonçel və orkestr üçün konsertino səsləndiriləcək. Konserti tanınmış dirijor Aleksandr Solovyov idarə edəcək.