ADMİU-da elmi seminarlar davam edir

Yanvarın 30-da Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Muğamşünaslığın aktual problemləri” mövzusunda növbəti elmi seminar keçirilib. Seminarda ADMİU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımov “Muğam ilə aşıq musiqisinin qarşılıqlı əlaqələrinə dair”, Sevinc Əzizova “Üzeyir Hacıbəylinin əsərlərində “Şur” muğamının təfsirinə dair”, AMEA-nın böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “XXI əsr Azərbaycan muğamı “Growing into Music” layihəsi prizmasından” və Nərmin Qaralova “Muğamşünaslığın metodologiyasında müqayisəli təhlilin əhəmiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Muğam biliciləri, AMEA-nın və BMA-nın nümayəndələri, universitetin müəllimləri, magistr və doktorantlarının iştirak etdiyi seminar maraqlı diskussiya şəraitində keçib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar