Filarmoniyada Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert

Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkar SSRİ Xalq artisti, SSRİ dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş "XX əsrin dahi bəstəkarları" adlı konsert proqramı keçirildi.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etdi. Kollektivin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir. Solistlər Əməkdar artist Fəridə Məmmədova və Fəqan Həsənli idi.
Konsertdə Arnold Şönberqin "2 saylı simli kvartet" (dörd hissədə), Dmitri Şostakoviçin "Prelüd və skerso", Alfred Şnitkenin "Fortepiano və orkestr üçün konsert", Qara Qarayevin iki romansı ("Ya vas lübil", "Na xolmax Qurizii") və "Preludiya lya major" əsərləri səsləndirildi.

Fariz