Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin 3-cü sinif şagirdi, pianoçu Röya Hüseynova Rusiyada keçirilən musiqi alətləri üzrə beynəlxalq festivalın qalibi olub. O, M.Klementinin 4-cü sonatası (1-ci hissə) və S.Prokofyevanın “Tale” əsərinin ifasına görə 3-cü yerə layiq görülüb.
Festival-müsabiqə 2007-ci ildən Ümumrusiya Musiqi Cəmiyyəti və Rusiya Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilir. Müsabiqəyə qatılmaq istəyənlər öz ifalarının video-yazılarını www.video-rus.ru saytına göndərirlər. Bu il yarışmaya müxtəlif ölkələrdən 180 iştirakçı qatılıb. Müsabiqənin məqsədi uşaqlar və gənclərin musiqi həvəsini, müəllimlərin və yaradıcı komandanın peşəkar bacarıqlarını artırmaqdır.
Röya Hüseynova bundan əvvəl də bir neçə müsabiqənin laureatı adını qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar