Fevralın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun fortepiano sinfinin tələbələrinin konserti keçiriləcək. Konsert Bakı Musiqi Akademiyasının 95 illik yubileyinə həsr olunan tədbirlərdən birincisidir.
Pianoçuların repertuarına barokko dövründən XX əsrin musiqisinə qədər zəngin və geniş üslub diapazonlu proqram daxildir. Proqramda həm solo əsərlər - Friderik Şopen və Edvard Qriqin sonataları, Moris Rovelin sonatinası, Ferens Listin İ.S.Baxın orqan fantaziya və fuqasının transkripsiyası, həm də ansambl əsərləri - Robert Şuman və Sergey Prokofyevin fortepiano konsertləri daxildir.
Proqram magistratura şöbəsinin tələbələri, beynəlxalq və respublika müsabiqələri laureatları Tamara Xəlilova, Anna Biryukova, Firuzə Nəcəfli, Kamran Əliyev və III kurs tələbəsi Nigar Hüseynzadənin ifalarında təqdim olunacaq. Konsertdə Tərlan Seyidovun keçmiş tələbələri - beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və professorun assistenti Nuranə Zeynalova da iştirak edəcək.

Aytən İbrahimova,
BMA-nın elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar