Türkiyənin TV 8 kanalında yayımlanan “O səs Türkiyə” yarışmasında uğurlu çıxışını davam etdirən Elnur Hüseynov dörddəbir final mərhələsində səhnəyə çıxıb. Ebru Gündeşin komandasında yarışan soydaşımız Şəbnəm Fərahın “Gözlərimin ətrafındakı cizgilər” mahnısını səsləndirib. Proqramın qaydalarına əsasən səhnədə digər komandanın ifaçıları ilə yarışan Elnur Hüseynov dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.