“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində fevralın 9-da “Ronnie Scott"s” caz klubunda “Cazərbaycan” adlı konsert gecəsi keçirilib. Gecədə tanınmış azərbaycanlı caz ustaları Əminə Fiqarova və İsfar Sarabski çıxış ediblər.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev çıxış edərək Azərbaycanın caz mədəniyyətindən, onun ənənəvi muğam musiqisi ilə əlaqəsindən danışıb. O, azərbaycanlı caz ustalarının uğurlu sənət yolu haqqında məlumat verib, “Buta” festivalının növbəti tədbirlərindən bəhs edib.
Daha sonra “Əminə Fiqarova seksteti”nin və “İsfar Sarabski trio”sunun ifasında Azərbaycan və Qərb caz musiqisi kompozisiyaları səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar