Böyük rus bəstəkarı Pyotr Çaykovskinin anadan olmasının 175 illiyi münasibətilə bu ilin may ayında müasir bəstəkarların musiqi irsinin “Çaykovski - irs” adlı beynəlxalq müsabiqə-festivalı keçiriləcək.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından (BMA) verilən məlumata görə, müsabiqə-festival P.İ.Çaykovski adına Milli Mədəniyyətə Dəstək Fondu və Moskva Dövlət Konservatoriyası tərəfindən təşkil edilir. Tədbir çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, BMA-nın professoru Tərlan Seyidovun müəllif layihəsi əsasında beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək.
Belə bir elmi-ifaçılıq konfransı və müsabiqə ilk dəfə 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında rektor, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə keçirilmiş və Qara Qarayevin yaradıcılığına həsr edilmişdi. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən gerçəkləşmişdi.
Professor Tərlan Seyidovun müəllif layihəsinin əsas məqsədi musiqi ifaçılığı nəzəriyyəsi ilə praktikanı yaxınlaşdırmaq, musiqi sənətinin elmi tədqiqat və ifaçılıq problemlərinin inteqrasiyasıdır. Birinci Bakı Beynəlxalq Elmi-İfaçılıq Konfransının əsasnaməsi Moskvada bəstəkarların, ifaçı-musiqiçilərin və musiqişünasların analoji beynəlxalq elmi-ifaçılıq forumunun keçirilməsi üçün bir növ prototip olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar