Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov böyük türk şairi Nəcib Fazil Qısakürəyin sözlərinə oratoriya yazıb. Əsəri bu yaxınlarda tamamladığını deyən bəstəkar oratoriyanın bir saatdan artıq xronometrajı olduğunu deyib. Yaxın zamanlarda Ankarada oratoriyanın ifası gözlənilir.
Bəstəkarın bir neçə il bundan əvvəl bəstələdiyi, Kiyevdə (Ukrayna), Hanoyda (Vyetnam) səsləndirilən “Koroğlu” simfonik freskası yanvarın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Abıl Tarakulı adına Qazax Milli Alətlər Orkestrinin “Xəzəri yelləndirən dostluq mahnısı” adlı konsertində ifa olunub. Sərdar Fərəcov simfonik əsərinin ilk dəfə yeni tərzdə - xalq çalğı alətləri orkestrinə transkripsiya edilərək ifa olunmasından məmnunluğunu bildirib. O, həmçinin opera və balet kimi irihəcmli əsərlərin də üzərində işlədiyini vurğulayıb.
Bəstəkar tamaşalara və filmlərə də musiqilər yazmaqda davam edir. Bu yaxınlarda Akademik Milli Dram Teatrında səhnəyə qoyulan “Nadir şah” tamaşasının musiqisi ona məxsusdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar