“Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyində bir ilk

Mayın 19-dan 23-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Avstraliya da iştirak edəcək. “Yaşıl qitə” ilk dəfə bu yarışmada təmsil olunacaq.
Müsabiqənin rəsmi saytında yer alan məlumatda bildirilir ki, müvafiq qərar Avropa Yayım Birliyinin təşkilat komitəsi tərəfindən “Eurovision” müsabiqəsinin 60-cı dəfə keçirilməsi ilə əlaqədar qəbul olunub. Beləliklə, bu il yarışmada iştirak edəcək ölkələrin sayı 40-a çatıb.
Qərarı şərh edən müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, bu, olduqca cəsarətli və eyni zamanda orijinal bir addımdır. Avstraliyanın müsabiqəyə dəvət olunmasının əsas səbəblərindən biri kimi həmin müsabiqənin burada populyar olması göstərilir. Çox böyük saat fərqi olmasına baxmayaraq, müsabiqəni birbaşa yayımla izləyəcək Avstraliya sakinlərinə həm yarımfinal, həm də final mərhələsində səs vermək hüququ veriləcək.
Avstraliyanın SBS televiziya kanalının icraçı direktoru Mayk Ebeyd bildirib ki, biz Avstraliyanın belə böyük, dünya miqyaslı musiqi səhnəsində iştirakı barədə tarixi imkanın əldə olunmasından çox şadıq. SBS kanalı artıq 30 ildən çoxdur ki, “Eurovision” mahnı müsabiqəsinin canlı yayımı ilə məşğuldur və həmin dövr ərzində biz avstraliyalıların bu yarışmaya ilbəil artan marağının şahidi olmuşuq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar