Dünyaca məşhur azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf 14-15 martda Heydər Əliyev Sarayında "Sarı gəlin" adlı solo konsertlə çıxış edəcək. Bu barədə konsertin təşkilatçısı “KEvents group”dan bildiriblər.
Sami Yusuf 1980-ci ildə Tehranda azərbaycanlı ailəsində doğulub. Hazırda Böyük Britaniyada yaşayır. BMT-nin mədəniyyət elçisidir.
Müğənni Bakıda ilk dəfə 2006-cı ildə çıxış edib. O, Azərbaycan muğamını və xalq mahnılarını çox sevir. Repertuarına "Sarı gəlin", “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz” və s. Azərbaycan mahnıları daxildir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar