Fevralın 13-də Üzeyir Hacıbəylinin ev-muzeyində tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçunun dahi bəstəkarımızın xatirəsinə həsr etdiyi “İthaf” adlı albomun təqdimatı olub.

Mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov musiqiçinin yaradıcılığından söz açıb. Qeyd olunub ki, Yaqub Zurufçu Azərbaycanda, eləcə də dünyada tanınan və sevilən sənətçilərdəndir. Onun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.
Yaqub Zurufçu 16 əsərin yer aldığı albom barədə məlumat verib. Bildirib ki, əsərlər simfonik orkestrin müşayiəti ilə Los-Ancelesdə lentə alınıb. Albomda musiqi diski ilə bərabər yer alan 25 səhifəlik kitabçada Azərbaycan professional musiqisinin banisi, böyük şəxsiyyət Üzeyir bəyin yaradıcılığı haqqında məlumat, həmçinin əsərlərin müəllifləri və mətnləri qeyd olunub.
“İthaf” albomunda Yaqub Zurufçunn ifasında Azərbaycanın böyük bəstəkarları - Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Cahangir Cahangirov və başqalarının əsərləri, həmçinin xalq mahnıları toplanıb.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, Xalq artisti Yalçın Adıgözəlov və digər çıxış edənlər yeni albomun işıq üzü görməsi münasibətilə müğənnini təbrik ediblər.
Təqdimatda Yaqub Zurufçu haqqında videoçarx nümayiş olunub. Müğənni klassik musiqilər ifa edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar