Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fonduna dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin öz əli ilə qələmə aldığı nadir not yazıları təhvil verilib.
AMEA-dan verilən xəbərə görə, not yazıları Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə yazılmış “Himn” və 1934-cü ildə böyük fars şairi Əbülqasım Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə gəlmiş “Kantata”dır.