“Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda yayımını və müsabiqəyə milli seçimləri həyata keçirən İctimai Televiziya bu ilin mayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək müsabiqədə Ermənistan təmsilçilərinin oxuyacağı mahnı ilə bağlı açıqlama verib. Qeyd edək ki, bu il Ermənistan təmsilçiləri “Eurovision” müsabiqəsinə qondarma “soyqırımı”na həsr olunmuş mahnı ilə qatılmaq niyyətindədirlər.
Azərbaycan İctimai Televiziyası bununla bağlı bildirir ki, “Eurovision” mahnı müsabiqəsidir: “Xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz. İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, xəbər təsdiqlənsə, biz də müsabiqədə adekvat addım atacağıq”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar