Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı ərəfəsində silsilə tədbirlər keçirilir.

Növbəti tədbir - musiqi sənəti fakültəsinin muğam sənəti kafedrası müəllimlərinin yaradıcılıq-ifa işi “Şur” dəstgahına həsr olunub.
Tədbiri ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq, Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən olan “Muğam aləmi” festivalının əhəmiyyətindən, milli musiqimizin dünyaya tanıdılmasında mühüm rolundan danışıb. Festival ərəfəsində təşkil olunan tədbirlərin istedadlı ifaçıların üzə çıxarılması, onların təcrübə qazanması baxımından vacibliyi vurğulanıb.
Daha sonra muğam sənəti kafedrasının müəllimi, Xalq artisti Gülyanaq Məmmədova “Şur” dəsgahı haqqında tarixi-nəzəri məlumat verib. Dəsgah Gülyanaq Məmmədova, xalq çalğı alətləri ifaçılığı kafedrasının dosentləri - əməkdar artistlər Vamiq Məmmədəliyev, Mirnazim Əsədullayev və tələbələrin ifasında kompozisiya şəklində təqdim edilib.
ADMİU-nun müəllim-tələbə heyətinin, muğam bilicilərinin iştirak etdiyi tədbir maraqla qarşılanılıb.
Beynəlxalq festival ərəfəsində təşkil olunan bu tədbirlər yaradıcılıq-ifa işi olmaqla, həm də ustad dərsi xarakteri daşıyır. Fevralın 20-də “Zabul-Segah” dəsgahına həsr olunacaq ustad dərsi xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi Zakir Mirzəyev və tələbələrin iştirakı ilə keçiriləcək. Silsilə tədbirlər festivala qədər davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar