“Eurovision-2015” mahnı müsabiqəsi biletlərinin son satışı fevralın 27-nə təyin edilib. Mahnı müsabiqəsinin saytına istinadla xəbər verilir ki, Oeticket.com biletlərin satışı üzrə rəsmi tərəfdaşdır.
Biletlər 2014-cü ilin dekabrında satışa çıxarılıb. Həmin vaxt biletlər yarımfinallar üçün satılıbsa, bu dəfə müsabiqənin bütün şoularına bilet əldə etmək mümkündür.
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.