Azərbaycanlı müğənni Türkiyədə populyar musiqi yarışmasının qalibi olub

Türkiyənin TV8 kanalında bir neçə aydan bəri davam edən “O səs Türkiyə” musiqi yarışması başa çatıb. Fevralın 18-də keçirilən final mərhələsində azərbaycanlı müğənni Elnur Hüseynov yüksək vokal bacarığı və gözəl ifa nümayiş etdirərək müsabiqənin qalibi olub.
Ebru Gündeşin komandasında yarışan Elnur Hüseynov əvvəl "O Sole Mio" opera parçasını səsləndirib, sonra Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib. İlkin səsvermədən sonra üçlükdə yer alan müğənni sonra ilk seçim turunda ifa etdiyi "Lutch" (Sem Smit) mahnısını yenidən ifa edib. Ən sonda Kaya Aslantepe adlı ifaçı ilə finala qalan Elnur Hüseynov yekun səsvermə nəticəsində dördüncü mövsüm “O səs Türkiyə”nin ilk azərbaycanlı qalibi olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar