Uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın tanınmış musiqiçilərinin, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilir.
Nazirliyin 2015-ci ilin birinci yarısı üçün iş planına müvafiq olaraq 18-19 fevral tarixində Sumqayıtda tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib. Ustad dərslərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə Sumqayıtda və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin (cəmi 17 məktəb) müəllim və şagirdləri iştirak ediblər.
Dərsləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları - Xalq artisti Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança), Hökumə Əliyeva (violin) və Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev (saz) aparıb. Ustad dərslərində 300 nəfərdən çox müəllim və şagird iştirak edib.
24-25 fevral tarixində Bakı şəhərində Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd, Xocalı, Zəngilan, Kəlbəcər rayon uşaq musiqi və incəsənət məktəblərinin (26 məktəb) müəllim və şagirdləri üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar