Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın ən yaxın tarixinə qanla yazılmış Xocalı soyqırımından, zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışıb. Bu faciəli tarixi xalqımızın heç vaxt unutmayacağını vurğulayan F.Əlizadə bəstəkarlarımızın soyqırımı mövzusuna bir sıra əsərlər həsr etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azər Dadaşovun “Xocalı naləsi” əsəri ilk dəfə səslənəcək.
Sonra soyqırımına həsr olunmuş musiqilər səsləndirilib. Azər Dadaşovun “Xocalı naləsi” əsərini Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova ifa edib. Həmçinin Mehriban Əhmədovanın “Ata millət, ana millət, ağlama” mahnısı və Yusif Mirişlinin “Xocalı 613” simfonik poemasının lent yazıları səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar