Fevralın 24-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Xəzər virtuozları” kamera orkestri klassik musiqi proqramı ilə çıxış edib.
Qonaqları salamlayan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, uzun zamandan bəri Avropanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənc musiqiçilərin iştirakı ilə konsert layihəsinin həyata keçirilməsi ideyası mövcud idi: “Mədəniyyət Mərkəzinin və Vyanada təhsil alan gənclərimizin təşəbbüsü nəticəsində azərbaycanlı və xarici ölkə tələbələrindən ibarət “Xəzər virtuozları” adlı kamera orkestri meydana gəldi”.
L.Qasımova istedadlı musiqiçilərdən ibarət bu orkestrin gələcəkdə böyük uğurlara imza atacağına əminliyini bildirib. Qeyd edib ki, bu kimi layihələr Azərbaycan musiqisini Avropada tanıtmaqla yanaşı, gənc musiqiçilərin avropalı həmkarları ilə əməkdaşlığına xidmət edir.
Vyana Konservatoriyasının tələbəsi Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə baş tutan konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, Adil Bəbirov, Vaqif Mustafazadənin əsərləri ifa olunub.
Dirijor M.Mehmandarov orkestri təqdim edib və Qara Qarayevin “Matəm odası” əsərinin bu günlərdə 23-cü ildönümü qeyd olunan Xocalı faciəsinə həsr olunduğunu bildirib. Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Afaq Abbasova (vokal), Emil Bağırov (klarnet) və Müşfiq Quliyevin (fortepiano) ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar