Novruz bayramı ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq iş planına uyğun olaraq mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Martın 3-də xalq təqvimi ilə boz ayın ilaxır çərşənbələrindən ikincisi - Od çərşənbəsi münasibətilə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda bayram şənliyi təşkil olunub.
"Yurduma bahar gəlir" adlı tədbir konsert proqramı ilə başlayıb. Abşeron rayonun musiqi məktəbləri şagirdlərinin, rayon Mədəniyyət evi kollektivinin ifaları izləyicilərə böyük zövq bəxş edib. Məktəbli qızların məharətlə ifa etdikləri rəqslər, səslənən gözəl nəğmələr hamıda bayram əhval-ruhiyyəsi yaradıb.