Azərbaycanlı skripkaçı Anar Yusifov Moskvadakı “Esse” caz mərkəzində “İlin fəsilləri - fəsillərin cazı” adlı proqramla çıxış edib. “The Moskow Jazz passengers” ansamblı ilə birlikdə təqdim olunan layihə Antonio Vivaldinin “İlin fəsilləri” əsəri əsasında hazırlanıb. A.Vivaldinin doğum gününə təsadüf edən konsert proqramı çərçivəsində ifa olunan yeni layihədə musiqiçilər “İlin fəsilləri” əsərinin ideyasını saxlamaqla ona caz elementləri, ritm və improvizasiya əlavə ediblər.
Moskva Caz Art klubun təsisçisi, caz layihələrinin rəhbəri və prodüseri Aleksandr Eydelman Anar Yusifovun konsertini məmnuniyyətlə dinlədiyini bildirib: “Anar gözəl məktəb keçmiş peşəkar musiqiçidir. Onu müşayiət edən musiqiçilər də Rusiya caz elitasının nümayəndələridir. Azərbaycanın güclü caz məktəbi və ənənələri var. Vaqif Mustafazadə dünya cazının əfsanəsidir. O, Azərbaycan muğamını caza gətirməklə böyük yenilik edib. Əzizə Mustafazadə hazırda dünya şöhrətli caz ifaçısıdır. Mart ayında klubumuzda Vaqif Sadıqovun da konserti planlaşdırılıb. Demək olar ki, bu mart klubumuzda Azərbaycan cazı aylığı adlana bilər”.
1995-ci ildən Moskvada ənənəvi caz vokal festivalına rəhbərlik edən A.Eydelman Azərbaycan caz ifaçılarını bu festivalda iştiraka dəvət edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar