Azərbaycanın İctimai Televiziyası (İTV) 60-cı “Eurovision” beynəlxalq mahnı müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək. İTV-dən bildirilib ki, hazırda Azərbaycan təmsilçisinin bu ilin mayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision” mahnı müsabiqəsində çıxışının təşkili üzərində iş gedir. Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.