Martın 16-da görkəmli cazmen Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə İçərişəhərdə “Vaqifsayağı” adlı caz festivalı keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Festivalda ölkənin tanınmış və gənc caz ustalarının iştirakı gözlənilir. İştirakçılar Vaqif Mustafazadənin məzarını ziyarət edəcək, sonra İçərişəhərdə sənətkarın ev-muzeyində xatirə tədbiri keçiriləcək.