Martın 17-də Rəşid Behbudov adına Mahnı Teatrında Vaqif Mustafazadənin 75 illik yubileyi ilə əlaqədar sənətkarın adını daşıyan 2 saylı uşaq musiqi məktəbi tərəfindən konsert keçiriləcək. Tədbirdə məktəbin müəllimləri və istedadlı şagirdləri iştirak edəcəklər. Proqramda Vaqifsayağı kompozisiyalar, Tofiq Quliyev, Süleyman Ələsgərov, Ələkbər Tağıyev, Faiq Sücəddinov, İlham Abdullayev və dünya caz bəstəkarlarının əsərləri ifa olunacaq.