Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti anşlaqla keçib

Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova Novruz bayramı münasibətilə ABŞ-ın Nyu-York şəhərində konsert proqramı ilə çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş proqram “Master Theatre” adlı konsert kompleksində gerçəkləşib.
“Xoş gördük, əzizlərim” adlı proqramda Zeynəb Xanlarova onnəfərlik ansamblının müşayiəti ilə repertuarından ən sevilən nümunələri - “Xoş gördük”, “Doğmasan mənə”, “Anacan”, “Niyə yox deyirsən”, “Azərbaycan maralı”, “Olmaz, olmaz” və s. mahnıları ifa edib.
Tədbirdə şəhərin Bruklin rayonunun rəhbəri Erik L.Adams çıxış edərək Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. O, Zeynəb Xanlarova haqqında fikirlərini bölüşərək onun Azərbaycan musiqisinə təbliğinə verdiyi töhfələri, müxtəlif dillərdə mahnılar ifa edərək xalqlar arasında mədəni əlaqələrin inkişafında xidmətlərini yüksək qiymətləndirib, sənətkara mükafat təqdim edib.
Nyu-Yorkda Qafqaz Yəhudilərinin Mərkəzi Cəmiyyəti, Azərbaycan diaspor təşkilatları da ölkəmizin mədəniyyətinin təbliğində və mədəniyyətlərin birləşməsində göstərdiyi xidmətlərinə görə Zeynəb Xanlarovaya mükafat və diplomlar təqdim ediblər. Konserti izləyən tamaşaçılar arasında ABŞ-ın bir sıra şəhərlərindən gəlmiş azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələri olub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar