İctimai Televiziya bu il “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin adını açıqlayıb. Avstriyanın paytaxtı Vyanada keçiriləcək müsabiqədə ölkəmizi Elnur Hüseynov təmsil edəcək.
O, mayın 21-də müsabiqənin ikinci yarımfinalında özünün mistik və müasir “Hour of the Wolf” balladasını ifa edəcək.
Qeyd edək ki, Elnur Hüseynov ikinci dəfə “Eurovision” səhnəsinə çıxacaq. 2008-ci ildə o, Azərbaycanın ilk dəfə qatıldığı müsabiqədə həmkarı Samir Cavadzadə ilə birgə ölkəmizi təmsil etmişdi. “Day After Day” mahnısı ilə səhnəyə çıxan duet finalda səkkizinci yerə yüksəlmişdi.
Bu il fevralın 18-də Elnur Hüseynov beynəlxalq səs istedadları şousu - “The Voice”in Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar