Serbiyanın dövlət televiziya və radio yayım korporasiyası RTS-in Belqrad radiosunun 3 mart tarixində yayımlanan "Dünya musiqisi" verilişi bütövlükdə Azərbaycan muğamına həsr olunub. Bu barədə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib. Bir saata yaxın davam edən verilişdə Azərbaycan muğamlarını nəfis şəkildə səsləndirən xanəndələrin ifalarına geniş yer verilib.