Xəbər verdiyimiz kimi, Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdləri Novruz bayramı münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmək məqsədilə Gürcüstana səfər edib. Məktəbin xalq çalğı alətləri orkestri 18 martda Kutaisi şəhərində Azərbaycan klassik və xalq musiqisindən ibarət konsert proqramı ilə çıxış edib. Daha bir konsert martın 19-da Marneuli şəhərində keçirilib. 20 mart tarixində isə məktəbin kollektivi Tbilisi şəhərində milli musiqi nümunələrimizi təqdim edəcək.
Bu, Xırdalan musiqi məktəbi kollektivinin Gürcüstana ilk səfəri deyil. Məktəbin müəllim və şagirdləri ötən ilin dekabrında Tbilisi və Marneulidə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər.