Martın 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış bəstəkar İsmayıl Hacıbəyovun xatirəsinə həsr edilmiş konsert olub.
Əvvəlcə musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək konsertin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və BMA tərəfindən birgə keçirilən “Üzeyir Hacıbəyli - 130” silsilə tədbirlər çərçivəsində reallaşdırıldığını bildirib.
İsmayıl Hacıbəyovun pedaqoji fəaliyyəti və yaradıcılığından söhbət açan musiqişünas bu iki istiqamətin bir-birini zənginləşdirdiyini söyləyib. Onu pedaqoq kimi xarakterizə edərək bildirib ki, İ.Hacıbəyov biliklərini tələbələri ilə səxavətlə bölüşürdü. Musiqi üslubunda neoklassizm səciyyəsi aparıcı rol oynayan bəstəkarın yaradıcılığı XX əsr musiqi salnaməmizin ayrılmaz hissəsidir. Bəstəkarın əsərlərinin mükəmməl bədii keyfiyyətləri ilə seçildiyini diqqətə çatdıraraq bildirib ki, onun başlanğıcda yazdığı əsərlərlə sonrakı dövr əsərləri arasında böyük fərq yoxdur.
Sonra musiqilər ifa olunub. Proqramda İsmayıl Hacıbəyovun “Sevməcə”, “İstəklər”, “Səməd Vurğunun sözlərinə “Bahar” vokal silsiləsi”, “Paqanini mövzusuna variasiyalar” əsərləri, həmçinin Üzeyir Hacıbəylinin, Fərəc Qarayevin və bəstəkarın tələbələrinin musiqiləri səsləndirilib. Musiqiləri Ülviyyə Hacıbəyova, Fəridə Məmmədova, Nicat Salmanov, Əziz Qarayusifli və başqaları ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar