11-18 mart tarixində Bakıda keçirilən "Muğam aləmi-2015" Beynəlxalq Muğam Festivalı haqqında "Euronews" telekanalında süjet yayımlanıb. Süjetdə festivalın ənənəvi olaraq Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə iki ildən bir keçirildiyi bildirilir.
Həmçinin qeyd edilir ki, festival çərçivəsində dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə elmi simpozium və muğam müsabiqələri təşkil olunur.
Telesüjetdə festival çərçivəsində Azərbaycanın tanınmış musiqiçisi və caz-muğam janrının banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert barədə məlumat da yer alıb.