Aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli opera ifaçısı Lado Atanelinin konserti keçiriləcək.
1960-cı ildə Gürcüstanda anadan olmuş L.Ataneli Tbilisi Dövlət Konservatoriyasının məzunu, bir sıra beynəlxalq musiqi müsabiqələrinin qalibidir.
İfaçı uzun illərdir dünyanın məşhur opera səhnələrində - La-Skala (Milan), Metropoliten-Opera (Nyu-York), Kovent Qarden (London), Real Teatrı (Madrid), Vyana Dövlət Operası, həmçinin Tokio, San-Fransisko, Vaşinqton və başqa şəhərlərin opera teatrlarının səhnələrində uğurla çıxış edir. Onun repertuarında Renato (“Bal-Maskarad”), Amonasro (“Aida”), Nabukko (“Nabukko”), Makbet (“Makbet”), Yaqo (“Otello”), Jermon (“Traviata”), Skarpia (“Toska”) və s. partiyalar mühüm yer tutur.