Aprelin 14-15-də “Kainat” Gənclik Mərkəzi İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Bakıda İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 4-cü beynəlxalq müsabiqəsini keçirəcək. Artıq ənənə halını alan müsabiqəyə bu dəfə Azərbaycan, Türkiyə, Misir, Rusiya (Başqırdıstan), Qazaxıstan, Özbəkistan, İran və Qırğızıstandan iştirakçılar qatılacaq.
Aprelin 14-də Bakı Musiqi Akademiyasında müsabiqənin təntənəli açılışı olacaq. Sonra böyük yaş qrupu üzrə müsabiqədə təmsil olunan ölkələrin gənc istedadlarının çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 15 apreldə Kamera və Orqan Musiqisi Zalında kiçik yaş qrupu üzrə dinləmələr keçiriləcək. Həmin gün axşam Azərbaycan Milli İncəsənət Muzeyində qaliblərin mükafatlandırılması və qala-konsert olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar