Nyu-Yorkda keçirilmiş “Simli alətlər - XXI əsrin musiqisi” beynəlxalq festivalında gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin “In absentia” əsəri ifa olunub. Əsəri amerikalı skripkaçı Erika Dikker ustalıqla səsləndirib.
Türkər Qasımzadə bildirib ki, aprelin 2-də ABŞ-ın Sinsinnati şəhərində keçirilən incəsənət festivalı çərçivəsində amerikalı violonçelçi Qreqori Roland Evansın ifasında onun solo violonçel üçün yazdığı “Tövbələr” əsəri səsləndirilib. Əsər aprelin 17-si və 19-da Sinsinnatidə digər konsertlərdə də ifa olunacaq.
Qeyd edək ki, hazırda ABŞ-da olan Türkər Qasımzadə Manhetten Konservatoriyasının (magistr dərəcəsi) və Sinsinnati Universitetinin (doktor dərəcəsi) məzunudur. O, hər iki musiqi müəssisəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar