Aprelin 12-də Bakı Caz Mərkəzində Əfqan Rəsul və triosunun konserti olacaq. Trioya Əfqan Rəsul (fortepiano), Elvin Bəşirov (zərb) və Ruslan Hüseynov (bas gitara) daxildir.
Əfqan Rəsul Bakı Musiqi Akademiyasını bitirib, 2004-cü ildə pianoçuların IV respublika müsabiqəsinin qalibi olub. Dəfələrlə Bakıda keçirilmiş beynəlxalq caz festivallarında çıxış edib. 2012-ci ildə İsveçrənin Montrö şəhərində keçirilmiş caz festivallarının iştirakçısı olub.