Tanınmış yazıçı, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görəcək.
Yaponiyanın “Suisei-sha” nəşriyyatından yazıçıya bununla bağlı təklif gəlib. Romanı rus dilindən yaponcaya professor İçiro İto tərcümə edib.
Xatırladaq ki, “Yarımçıq əlyazma” Kamal Abdullanın Yaponiyada işıq üzü görəcək ikinci kitabıdır. Bundan əvvəl müəllifin “Sehrbazlar dərəsi” əsəri yapon dilinə tərcümə olunub.
Yaponiya nəşriyyatlarının Azərbaycan ədəbiyyatına marağı iki ölkənin ədəbi əlaqələrinin yeni və daha yüksək əməkdaşlıq mərhələsinə adladığının göstəricisidir.