Polşanın Poznan şəhərində Adam Mitskeviç adına Poznan Universitetinin türkologiya fakültəsinin tələbəsi Zuzanna Goslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.
Ölkəmizin Polşadakı səfirliyindən bildirilib ki, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança) və Leşek Vıpixin (gitara) ifasında musiqilərimizdən nümunələr səsləndirilib.
Yüzdən çox polşalı dinləyicinin iştirak etdiyi tədbirdə həmin fakültənin magistri Radoslav Andjeyevski tərəfindən Azərbaycana həsr edilmiş təqdimat keçirilib.