Aprelin 28-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş konsert keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə reallaşıb.
Konsertdə Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri, beynəlxalq və respublika müsabiqələri laureatları çıxış edib.
Proqramda L.V.Bethoven, A.Vivaldi, F.Şubert, V.A.Motsart, F.Əmirov, C.Cahangirov, V.Adıgözəlov, S.Rüstəmov, T.Quliyev və digər bəstəkarların əsərləri səsləndirilib.