Səbail rayon MKS-nin 3 nömrəli filialında Xalq şairi Qabilin 90 illik yubileyinə həsr olunmuş “Xalqın, millətin şairi - Qabil” adlı tədbir keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.
Kitabxananın şöbə müdiri V.Cabbarova şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Çıxışlarda şairin klassik ənənələrimizə əsaslanıb yeni məzmun aşıladığı rübailərindən, “Nəsimi” poemasından, eləcə də uşaqlar və yeniyetmələr üçün əsərlərindən ibarət “Nağaraçı” adlı kitabından bəhs edilib. Qeyd olunub ki, şairin əsərləri bir çox ölkə xalqlarının dillərinə çevrilib.
Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında isə “Qabil - böyük şair, maraqlı şəxsiyyət” adlı tədbir keçirilib.
Çıxışlarda Qabilin həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verilib, onun Azərbaycan poeziyasına töhfələrindən söz açılıb.
Bildirilib ki, mövqeyi və hadisələrə obyektiv münasibəti ilə seçilən şair, ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yarada bilib.
Kitabxananın oxucuları tərəfindən şairin şeirləri səsləndirilib. Tədbir konsert proqramı ilə davam edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar