Danimarka yazıçısı, bir çox nağılları ilə məşhur Hans Kristian Andersenin xatirəsinə təsis edilmiş mükafat 1956-cı ildən uşaq ədəbiyyatı üzrə tanınmış müəlliflərə - yazıçı və rəssamlara (kitab illüstratoru) verilir. Ədəbiyyat aləmində onu “Kiçik Nobel mükafatı” da adlandırırlar.
Avqustun 22-də Yeni Zelandiyanın Oklend şəhərində uşaq ədəbiyyatı sahəsində ən mötəbər mükafatın növbəti təqdimat mərasimi keçirilib.
Mükafat siyahısına 8 ölkədən beş müəllif və beş illüstratorun adı daxil edilmişdi. 2016-cı ilin qalibi adını almaniyalı rəssam Suzanna Berner və çinli yazıçı Çao Venxuan qazanıb.
Qeyd edək ki, uşaq ədəbiyyatı üzrə baş mükafata ilk dəfə Çindən bir yazar layiq görülüb. Çao Venxuan öz uşaqlıq xatirələrini və çətin həyat şəraitində yaşayan uşaqlar haqqında hekayələr yazır. Onun əsərləri müxtəlif dillərə tərcümə edilib. Yazıçı hesab edir ki, Andersen adına mükafata layiq görülməyinin səbəbi ondadır ki, onun qələmə aldığı tarixçələr universaldır və dünyanın istənilən nöqtəsində anlaşılır.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar