Mədəniyyət və Turizm Nazirliyinin “Bakı-2015” I Avropa Oyunları ilə bağlı təşkil etdiyi silsilə konsert proqramlarından biri də iyunun 17-də Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşib. Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada folklor ansamblı tamaşaçılara rəngarəng proqram təqdim edib.
Konsertdə milli rəqs nömrələri, caz ifaları, estrada mahnıları ilə yanaşı, digər xalqlara məxsus musiqilər də səsləndirilib.