Müdafiə Nazirliyinin birləşmiş həmkarlar təşkilatının və Gəncə Qarnizonu Zabitlər evinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə keçirilən “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinə yekun vurulub. Müsabiqənin qala konserti Şəmkir birliyinin əsgər klubunda keçirilib.
Xalq artisti Azərin, Müdafiə Nazirliyi birləşmiş həmkarlar təşkilatının sədri Abuhəyat Dadaşova və polkovnik Elşad Əbilov çıxış edərək bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd əsgər və zabitlərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi, musiqimizin təbliği ilə yanaşı, yeniyetmə və gənclərdə hərbi xidmətə olan marağın artırılmasıdır. Müsabiqə cəbhəyanı bölgədə yerləşən bütün hərbi hissələri əhatə edib.
Qala konsertdə seçim turlarında fərqlənən finalçıların ifası alqışlarla qarşılanıb.
Münsiflər heyətinin qərarına əsasən, Sabir Əliyev və Rəşad İsmayıl birinci, Sabir Hüseynov ikinci, Abdulla Mədinov isə üçüncü yerə layiq görülüblər.
Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar