![](/img/news/700x420/18016.jpg)
Klubun “Dərya”, “Zirvə”, eləcə də Əməkdar artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər” musiqi qruplarının təqdim etdiyi rəngarəng musiqi nömrələri şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
“Ovsun” illüziya teatrının illüzionisti Bürünc Xalidin çıxışı isə balaca izləyicilərin ürəyincə olub. Konsertdə həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa olunub, “Lider” rəqs qrupunun təqdimatında Azərbaycan oyun havaları nümayiş etdirilib.