Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli keçirməsi məqsədilə silsilə konsertlər təşkil edir. Növbəti konsertdə Nəsimi adına mədəniyyət və istirahət parkının “Yaşıl teatr”ında 4 saylı mədəniyyət klubunun kollektivi tamaşaçılara zövqlü anlar yaşadıb.
Klubun “Dərya”, “Zirvə”, eləcə də Əməkdar artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər” musiqi qruplarının təqdim etdiyi rəngarəng musiqi nömrələri şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
“Ovsun” illüziya teatrının illüzionisti Bürünc Xalidin çıxışı isə balaca izləyicilərin ürəyincə olub. Konsertdə həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa olunub, “Lider” rəqs qrupunun təqdimatında Azərbaycan oyun havaları nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar