22 avqust tarixində "Şahdağın hədiyyəsi" adlı aksiya çərçivəsində Şahdağ Turizm Mərkəzində canlı konsert proqramı keçiriləcək.
Mərkəzin əsas məqsədi turistlərə istənilən üç növ yay əyləncəsindən yararlanmaq imkanı yaratmaqdır. Həmçinin qonaqları açıq havada konsert proqramı, günün sonunda isə əsrarəngiz atəşfəşanlıq gözləyir.
Biletləri Bülbül küçəsi, 26 ünvanında yerləşən Şahdağ Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü Şahdağ Turizm Mərkəzindən əldə etmək mümkündür.
Mətbuat nümayəndələri üçün tədbir günü Şahdağ Turizm Mərkəzinə transfer təşkil olunacaq.
Turistlərin istəyindən asılı olaraq onların Şahdağ Turizm Mərkəzinə gediş-gəlişini təmin etmək üçün tədbir günü komfortlu avtonəqliyyatla təmin olunacaqlar.