Sentyabrın 14-dən 20-dək Rusiyanın Həştərxan şəhərində "Qızıl çölün səsləri” V beynəlxalq etnomusiqi festival-müsabiqəsi keçiriləcək. Tədbirə Rusiyanın regionlarından, eləcə də Azərbaycan və Qazaxıstandan 200-dək iştirakçının qatılacağı gözlənilir.
Festival-müsabiqə "Ənənəvi xalq instrumental ifaçılığı", "Solo xalq ifaçılığı", "Ənənəvi xalq xoreoqrafiyası", "Ənənə xalq ansambl ifaçılığı" nominasiyaları üzrə keçiriləcək. Həmçinin sərgilər, ustad dərsləri və yaradıcılıq görüşləri təşkil olunacaq.