Oktyabrın 21-də Heydər Əliyev Sarayında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş böyük bayram konserti keçiriləcək. Sarayın mətbuat xidmətinin məlumatına görə, “Sevilən mahnılar axşamı” adlı konsertdə Xalq artisti, müğənni Bilal Əliyev, Əməkdar artist, skripkaçı Səlim Abbasov (skripka), gənc müğənnilər Arzu Əliyeva, Gülay Qədirova, Yaşar Cəlilov, Bahar Lətifqızı, Güllü Muradova, Nicat Cəfərzadə, aşıq Zülfiyyə və başqaları iştirak edəcək.