Sentyabrın 23-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən açıq kitabxanada imza mərasimi keçiriləcək. Filologiya üzrə fəlsəfə doktoru, şair və yazıçı Sona Vəliyeva milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr etdiyi “İşığa gedən yol” romanını imzalayaraq oxuculara hədiyyə edəcək.
Daha sonra kitabxananın konfrans zalında “İşığa gedən yol” kitabının təqdimat mərasimi keçiriləcək.