Sentyabrın 30-da Gənc Tamaşaçılar Teatrında “Söz” ədəbi layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbirdə gənc dramaturq, ssenarist Orxan Muxtarlının “Eşidilməyən etiraf” teatr tamaşası nümayiş olunacaq. Tamaşa müharibə mövzusuna həsr olunub.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların aşkar olunması, ədəbi inkişafın stimullaşdırılmasıdır.